Daşkəsəndə elektrik enerjisi verilişi bərpa olunub - FOTO

Daşkəsəndə elektrik enerjisi verilişi bərpa olunub - FOTO Rayonda yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir
Hadisə
18 Oktyabr , 2016 19:40
Daşkəsəndə elektrik enerjisi verilişi bərpa olunub - FOTO

Daşkəsən. 18 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonuna yağan güclü qar səbəbindən elektrik enerjisinin verilişində yaranmış problem bərpa edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində yağan güclü qar səbəbindən elektirik naqilləri qırılaraq sıradan çıxıb. Şəhərdə 10-a yaxın ağac və elektirik dirəkləri aşıb. Bəzi aşan ağaclar qaz borularının üzərinə düşərək onları yararsız hala salıb. Güclü qar nəticəsində sıradan çıxan elektrik naqilləri və enerji ötürən transformatorun yanması səbəbindən şəhərin bir hissəsində oktyabrın 17-də axşam saatlarından elektrik enerjisinin verilməsi dayansa da, bu saatlarda enerjinin verilişi bərpa olunub.

Gəncə-Daşkəsən avtomobil yolunda ciddi problemlər olmasa da, bəzi kənd yollarında qismən çətinliklər yaranıb.

Daşkəsən Rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, rayonda yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, dünən günorta saatlarında yağan sulu qar axşam saatlarında qara çevrilib və hazırda yağan qalın qalınlığı 15 sm-dir.

Son xəbərlər

Orphus sistemi