Daşkəsəndə avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb - YENİLƏNİB

Daşkəsəndə avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb - YENİLƏNİB Daşkəsəndə avtomobilin vuraraq öldürdüyü azyaşlının şəxsiyyəti məlum olub.
Hadisə
15 Avqust , 2019 22:31
Daşkəsəndə avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb - YENİLƏNİB

Daşkəsəndə avtomobilin vuraraq öldürdüyü azyaşlının şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Xoşbulaq kəndində "VAZ-2107" markalı avtomobil tərəfindən vurularaq ölən piyada 2014-cü il təvəllüdlü Amin Qalib oğlu Hüseynovdur.

Faktla bağlı araşdırma aparılır.


***22:14

Daşkəsən rayonuna piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xoşbulaq-Daşkəsən yolunda qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən uşağı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi