Daşkəsəndə avtomobil dərəyə aşıb, sürücü ölüb - YENİLƏNİB

Daşkəsəndə avtomobil dərəyə aşıb, sürücü ölüb - YENİLƏNİB Daşkəsən. 25 sentyabr. REPORT.AZ/ Dəşkəsən rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəsin adı məlum olub.
Hadisə
25 Sentyabr , 2018 20:54
Daşkəsəndə avtomobil dərəyə aşıb, sürücü ölüb - YENİLƏNİB

Daşkəsən. 25 sentyabr. REPORT.AZ/ Dəşkəsən rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəsin adı məlum olub. 

"Report"un Qərb übrosunun məlumatına görə, bu, rayonun Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğludur. Onun meyiti muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinə yerləşdirilib.  

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.


***18:38

Daşkəsən. 25 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən - Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2121" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Son xəbərlər

Orphus sistemi