Yuxarı
    Bağlamaq

    Daşkəsəndə atasını küt alətlə döyən oğul saxlanılıb

    Daşkəsən. 6 fevral. REPORT.AZ/ Daşkəsən rayonunda sərxoş halda atasını döyən oğul saxlanılıb.

    "Report“un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1971-ci il təvəllüdlü Mahir Nadir oğlu Əliyev sərxoş halda hələlik bilinməyən səbəbdən atası, 1946-cı il təvəllüdlü Nadir Qacar oğlu Əliyevi maşa ilə döyüb. Bədənin müxtəlif nahiyələrindən, eyni zamanda başından bir neçə zərbə alan ata xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, hadisə zamanı N.Əliyev də sərxoş vəziyyətdə olub. Hadisəni törədən şəxs isə saxlanılaraq Daşkəsən Rayon Polis Şöbəsinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi