​Daşkəsəndə 8 yaşlı uşaq atdan yıxılaraq ölüb

​Daşkəsəndə 8 yaşlı uşaq atdan yıxılaraq ölüb Həkimlər onun həyatını xilas edə bilməyiblər
Hadisə
21 İyul , 2016 21:43
​Daşkəsəndə 8 yaşlı uşaq atdan yıxılaraq ölüb

Daşkəsən. 21 iyul. REPORT.AZ/ Gəncədə 2008-ci il təvəllüdlü uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, axşam saatlarında tibb müəssisəsinə ağır yaralanmış 8 yaşlı uşaq gətirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, azyaşlı uşaq atdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi