Daşkəsəndə 27 yaşlı gənc intihar edib - YENİLƏNİB

Daşkəsəndə 27 yaşlı gənc intihar edib - YENİLƏNİB Daşkəsən. 8 mart. REPORT.AZ/ Daşkəsən rayonunda intihar hadisəsi baş verib.
Hadisə
8 Mart , 2018 19:55
Daşkəsəndə 27 yaşlı gənc intihar edib - YENİLƏNİB

Daşkəsən. 8 mart. REPORT.AZ/ Daşkəsən rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü İlkin Mirşahin oğlu Həsənov özünü yaşadığı evin eyvanında asıb.

Yaxınları onun intihar etməzdən əvvəl sərxoş olduğunu bildirib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


***19:41

Daşkəsən rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsi 17-də baş verib.

Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən rayon sakini özünü asaraq intihar edib. 

Son xəbərlər

Orphus sistemi