Daşkəsəndə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb

Daşkəsəndə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
8 İyun , 2016 20:11
Daşkəsəndə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb

Daşkəsən. 8 iyun. REPORT.AZ/ Daşkəsəndə qadın həyat yoldaşı tərəfindən döyülüb. 

"Report"un Qərb bürosu xəbər verir ki, Daşkəsən rayon sakini olan, 1995-ci il təvəllüdlü Aytən Bayramova bu gün axşam saatlarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  

Xəstəxanadan başın və aşağı ətrafın əzilməsi xəsarətləri ilə əməliyyata alınan qadının vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi