Daşkəsən rayonunda 19 yaşlı həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Gəncəli Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə
Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında rayonun Quşçu kəndində baş verib. Həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi, 1986-cı il təvəllüdlü Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.
İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. G.Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.