Yuxarı

Daşkəsəndə 27 yaşlı gənc bıçaqlanıb

Daşkəsəndə 27 yaşlı gənc bıçaqlanıb
Hadisənin hansı şəraitdə baş verdiyi bilinmir

Daşkəsən. 28 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonunun Qabaqtəpə kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Ceyhun Mübariz oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Zərərçəkən yaxınlıqdakıların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Xəstənin qohumları onun yıxılaraq xəsarət aldığını bildirsələr də, həkimlər bunun bıçaq yarası olduğunu qeyd ediblər.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi