Daşkəsən sakinlərindən narkotik götürüldü

Daşkəsən sakinlərindən narkotik götürüldü Daşkəsən sakinlərində narkotik aşkar edilib.
Hadisə
3 Fevral , 2021 16:36
Daşkəsən sakinlərindən narkotik götürüldü

Daşkəsən rayon sakinlərində narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş Anar Orucov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 26,337 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Orucova məxsus fərdi yaşayış evinə baxış keçirilib və həyətyanı sahədən 1 ədəd sellofan torabada təmiz çəkisi 1 kq 10 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Bundan başqa, davam etdirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Quşçu kəndinin digər bir sakini Elçin Əmrahovdan da 20,540 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi