Daşkəsən sakinindən silah-sursat götürülüb

Daşkəsən sakinindən silah-sursat götürülüb Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir
Hadisə
6 Fevral , 2021 11:18
Daşkəsən sakinindən silah-sursat götürülüb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təzəkənd kəndində yaşayan Qəşəm Orucovun evindən qanunsuz olaraq saxladığı 1 ədəd “TOZ-8” markalı tüfəng, həmin silaha aid 22 ədəd patron və 1 ədəd kustar üsulla hazırlanmış odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi