Daşkəsən sakinindən açıq talama yolu ilə pul alan şəxslərdən ikisi tutulub

Daşkəsən sakinindən açıq talama yolu ilə pul alan şəxslərdən ikisi tutulub Digər şəxsin tutulması üçün tədbirlər görülür
Hadisə
19 İyul , 2016 13:27
Daşkəsən sakinindən açıq talama yolu ilə pul alan şəxslərdən ikisi tutulub

Daşkəsən. 19 iyul. REPORT.AZ/ Daşkəsən rayon sakinindən açıq talama yolu ilə pul alan şəxslərdən ikisi tutulub.
"Report"unQərb bürosunun verdiyi xəbərə görə, İyulun 18-də Gəncə şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar İsmayılovdan açıq talama yolu ilə 100 manat pul alıblar. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Əhmədov və Zümrüd Abdullayeva tutulub, digər şəxsin tutulması üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi