Yuxarı
    Bağlamaq

    Daşkəsən sakini rayon mərkəzində quraşdırılmış "yolka"nı dağıdıb

    Dinlə

    Daşkəsən. 11 yanvar. REPORT.AZ/ Daşkəsən rayonunda 41 yaşlı kişi özünə xəsarət yetirib.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.

    Belə ki, Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Pərviz Abdullayev hələlik məlum olmayan səbəblərdən şəhər mərkəzində quraşdırılmış küknar ağacını (yolka) dağıdıb, ətrafdakı bir neçə işıq lampalarını sındırıb, həmçinin sol qoluna bıçaqla bir neçə kəsik ataraq özünə xəsarət yetirib. Onun həmin zaman sərxoş halda olduğu və yıxılaraq baş və qabırğa nahiyəsindən xəsarət aldığı da bildirilir.

    Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi