Daşkəsən sakini atasına məxsus tüfəngi polisə təhvil verib

Daşkəsən sakini atasına məxsus tüfəngi polisə təhvil verib Bakı. 7 aprel. REPORT.AZ/ Daşkəsən sakini atasına məxsus tüfəngi polisə təhvil verib.
Hadisə
3607
7 Aprel , 2018 16:23
Daşkəsən sakini atasına məxsus tüfəngi polisə təhvil verib

Bakı. 7 aprel. REPORT.AZ/ Daşkəsən sakini atasına məxsus tüfəngi polisə təhvil verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Belə ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini Səməd Bağırov mərhum atası Mikayıl Bağırova məxsus 7.62 mm kalibirli, sürgülü mexanizmli "Karabin" markalı tüfəngi polisə təqdim edib. 

Onun sözlərinə görə, 1942-ci ildə Rusiyada istehsal olunan silahı həyətlərindəki tövlənin çardağından aşkar edib və dərhal polisə məlumat verib. 

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi