Bakı. 28 yanvar. REPORT.AZ/ Daşkəsən rayon sakinlərini aldadaraq dələduzluq edən qadın barəsində cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bir qrup sakinin müraciəti əsasında həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini İlhamə Bayramovanın 2016-cı ilin aprel-oktyabr ayları ərzində həmyerliləri Xudayar Ələkbərovu, Aybəniz Vəliyevanı, Rüfət Məmmədovu və Nüşabə Məmmədovanı aldadaraq onlardan ümumilikdə 6500 manat və 2000 ABŞ dolları pul, habelə qızıl əşyalar alması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.