Yuxarı
    Bağlamaq

    Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb

    Faktla bağlı araşdırma aparılır

    Daşkəsən. 27 aprel. REPORT.AZ/ Daşkəsən rayonunda polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı 1 tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb.

    Daşkəsən Rayon Polis Şöbəsindən (RPŞ) "Report"un Qərb bürosuna  verilən məlumata görə, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Nafiq Əliyevin idarə etdiyi "Hyundai" markalı yük avtomobilinə baxış keçirilən zaman oradan bir tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb. 

    Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ətdən nümünə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

    Polis tərəfindən dindirilən N.Əliyev ifadəsində əti rayonun Quşçu kəndində fəaliyyət göstərən ət-kəsim emalı fabrikinə apardığını bildirib.

    Faktla bağlı Daşkəsən RPŞ-da araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi