Daşburun dəmir yolu stansiyasının ərazisində silah-sursat tapılıb

Daşburun dəmir yolu stansiyasının ərazisində silah-sursat tapılıb Bakı. 25 yanvar. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən dəmir yolu stansiyası ərazisində silah-sursat tapılıb.
Hadisə
25 yanvar 2019 07:21
Daşburun dəmir yolu stansiyasının ərazisində silah-sursat tapılıb
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən dəmir yolu stansiyası ərazisində silah-sursat tapılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının yanvarın 23-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu Daşburun dəmir yolu stansiyasının ərazisindən 1 ədəd “F-1” qumbarası, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd işarəverici fişəng, 7 ədəd boş avtomat sandığı, 1116 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd sökülmüş vəziyyətdə olan “TOZ 8” markalı tüfəng aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi