Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Hadisə qısqanclıq zəminində törədilib
Hadisə
8 Yanvar , 2016 11:45
Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Maarif Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci ilin sentyabrın 11-də saat 23:30 radələrində Binə qəsəbəsinin Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev tutulub. İlkin məlumata görə, M.Babayev hadisəni qısqanclıq zəminində törətdiyi bildirilib. Belə ki, onun qeyri-rəsmi yaşadığı qadını R.Rzayevlə görüb.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdə sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi