Bakı. 21 may.
"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Süleymanov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri həbslə dəyişdirilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə ötən il dekabrın 1-də Binəqədi rayonunda yerləşən Daş bazarında baş verib. Bakı şəhər sakini M.Süleymanov birlikdə yük maşını sürdüyü şəriki Ə.Süleymanovla mübahisə edib. Mübahisəyə səbəb isə Ə.Süleymanovun yük maşınını divara sürtməsi ilə olub.
Qəzadan sonra M.Süleymanov Ə.Süleymanovdan yük maşınını təmir etməyini istəyib. Şəriklər əvvəl mübahisə edib, daha sonra təhqirə keçiblər.
Bu zaman M.Süleymanov yük maşınından bıçaq çıxararaq avtomobildə şərikini bıçaqlayıb.
Daha sonra M.Süleymanov saxlanılıb, lakin onun barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.