Daha bir YPX əməkdaşının videogörüntüləri yayılıb

Daha bir YPX əməkdaşının videogörüntüləri yayılıb Sosial şəbəkələrdə daha bir Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntüləri yayılıb.
Hadisə
302
27 Dekabr , 2019 14:56
Daha bir YPX əməkdaşının videogörüntüləri yayılıb

Sosial şəbəkələrdə daha bir Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntüləri yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin videogörüntülərə baxış keçirilir və araşdırma aparılır.

"Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehtiyev olduğu qeyd edilib.

Xatırladaq ki, ötən gün də sosial şəbəkələrdə YPX əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Görüntülərdə 99-YP-866 nömrəli YPX avtomobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtomobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.

Həmin videogörüntü ilə bağlı da BDYPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi