Yuxarı

Daha iki vəkil cəzalandırılıb

Onlardan birinə töhmət verilib

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətində vəkillər - Bəhruz Bayramov və Elçin Sadıqovla bağlı daxil olan şikayətə baxılıb.

"Report"un xəbərinə görə, iclasda B.Bayramova töhmət verilməsi, E.Sadıqova isə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, hər iki vəkillə bağlı Ali Məhkəmənin hakimi Fərhad Kərimov VK-ya şikayət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi