Daha bir koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Daha bir koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Hadisə
19 dekabr 2020 06:42
Daha bir koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəhər sakini Nazilə Padarovaya sanitar-karantin rejimi qaydaları izah olunmasına və polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, yaşadığı evi tərk edib. Polislər tərəfindən onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan N.Padarova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi