Daha 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Daha 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Hadisə
1 Sentyabr , 2021 10:44
Daha 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi