Dağıstanda baş verən zəlzələ Qusarda hiss olunub

Dağıstanda baş verən zəlzələ Qusarda hiss olunub Rusiya Ferderasiyasının Dağıstan Respublikası ərazisində səhər saatlarında baş verən zəlzələ Azərbaycanın şimal bölgəsində də hiss edilib. 
Hadisə
2 Yanvar , 2021 10:46
Dağıstanda baş verən zəlzələ Qusarda hiss olunub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 05:05-də Dağıstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə "Report"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Qeyd olunub ki, maqnitudası 4,7 və dərinliyi 10 km olan zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

10.20

Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində səhər saatlarında baş verən zəlzələ Azərbaycanın şimal bölgəsində də hiss edilib.

"Report"un Şimal bürosu xəbər verir ki, yeraltı təkan Quba və Qusar rayonlarında hiss edilsə də, hər hansı dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, Dağıstanda 5,1 bal gücündə qeydə alınan zəlzələnin episentri Qecux kəndindən 7 km cənub-qərbdə olub. Təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi