Bakı. 23 yanvar. REPORT.AZ/ Dağıstan gömrükçüləri Məhərrəmkənd gömrük məntəqəsində Rusiyaya zərgərlik məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıblar.
"Report" Dağıstanın Federal Gömrük Xidmətinə istinadən xəbər verir ki, sarı metaldan olan 6,75 kq bəyan olunmamış zərgərlik məmulatı gömrük nəzarəti və əl yükünün gömrük rəsmiləşdirilməsi zamanı aşkar edilib.
Qanunsuz olaraq keçirilən bütün mallar metalın tərkibinin və qiymətinin öyrənilməsi məqsədi ilə ekspertizaya göndərilib.
Ekspertizanın rəyindən asılı olaraq, inzibati hüquq pozuntusu və ya cinayət işinin qaldırılması barədə məsələyə baxılacaq.
