Yuxarı

“Daewoo” şirkəti Azərbaycan Ali Məhkəməsinə müraciət edib

İclas mayın 25-nə təyin edilib

Bakı. 24 may. REPORT.AZ/ Koreya Respublikasının “Daewoo İnternational Corporation” şirkəti “Evrobank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı qaldırdığı iddia əsasında çıxarılan məhkəmə qərarından kassasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 25-nə təyin edilib.

İşə hakim Kəmallədin Bədəlovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il Koreya şirkəti bankı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Daewoo İnternational Corporation” şirkəti borcun və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan Koreya şirkəti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi “Daewoo İnternational Corporation” şirkətinin apellyasiya şikayətini təmin etməyib. Şirkət həmin qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, 2015-ci ildə Mərkəzi Bank “Evrobank”ın lisenziyasını ləğv edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi