Culfada mikroavtobus aşıb, ölən və yaralananlar var

Culfada mikroavtobus aşıb, ölən və yaralananlar var Culfa rayonunda mikroavtobus aşıb, ölən və yaralananlar var.
Hadisə
8 aprel 2022 07:18
Culfada mikroavtobus aşıb, ölən və yaralananlar var

Culfa rayonunda mikroavtobus aşıb, ölən və yaralananlar var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-də saat 8 radələrində Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişini Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi