Culfada 40 yaşlı kişi bacısını qətlə yetirməkdə şübhəli bilinir

Culfada 40 yaşlı kişi bacısını qətlə yetirməkdə şübhəli bilinir İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
25 İyun , 2024 07:43
Culfada 40 yaşlı kişi bacısını qətlə yetirməkdə şübhəli bilinir

İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası prokurorluğundan bildirilib.

Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.

Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi