Toy qaydalarını pozan daha 1 nəfər həbs olunub, 83 nəfər cərimələnib

Toy qaydalarını pozan daha 1 nəfər həbs olunub, 83 nəfər cərimələnib Monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Hadisə
220
6 Avqust , 2021 10:10
Toy qaydalarını pozan daha 1 nəfər həbs olunub, 83 nəfər cərimələnib

Avqustun 5-də Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən “Report”a verilən məlumata görə, monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib.

3200 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi