COVID-19 pasportu olmayan 12 nəfər şənliyə buraxılmayıb

COVID-19 pasportu olmayan 12 nəfər şənliyə buraxılmayıb Avqustun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.
Hadisə
131
27 Avqust , 2021 09:55
COVID-19 pasportu olmayan 12 nəfər şənliyə buraxılmayıb
0 : 00
0 : 00

Avqustun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən "Report"a verilən məlumat görə, monitorinq 1 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi