Coratda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Coratda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Oktyabr , 2021 03:43
Coratda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Həsənov Tarverdi Həmid oğlunu vuraraq hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi