​"Coca-Cola"nın Vergilər Nazirliyinə qarşı apellyasiya şikayətinə baxılıb

​"Coca-Cola"nın Vergilər Nazirliyinə qarşı apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib
Hadisə
12 Fevral , 2016 10:40
​Coca-Colanın Vergilər Nazirliyinə qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 12 fevral. REPORT.AZ/ "Azərbaycan Coca-Cola Bottlers Limited" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, "Azərbaycan Coca-Cola Bottlers Limited" MMC VN yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Coca-Cola" departamentinin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması barədə tələb irəli sürüb. Məhkəmə iddianı mümkünsüz hesab edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi