Yuxarı
    Bağlamaq

    Çoban əvvəllər işlədiyi fermanın qoyunlarını oğurlayıb

    Faktla bağlı cinayət işi açılıb

    Bakı. 16 yanvar. REPORT.AZ/ Füzuli rayonunda mal-qara oğurluğu ilə məşğul olan dəstə tutulub. "Report" xəbər verir ki, rayon sakini əvvəllər çoban işlədiyi fermanın xırda buynuzlu mal-qaralarını oğurlayıb.

    Füzuli rayonu, 6-cı Qayıdış qəsəbəsində yerləşən, Fikrət Bayandur oğlu Zamanova məxsus fermadan bütün xırda buynuzlu heyvanlar oğurlanıb. F.Bayramov ona məxsus olan fermadan heyvanların oğurlanması barədə Füzuli Rayon Polis Pöbəsinə (RPŞ) rəsmi müraciət edərək bildirib ki, fərdi təssərrüfatından 147 baş qoyun, 7 baş keçi oğurlanıb. 

    Füzuli RPŞ-dən "Report"a bildirilib ki, şöbənin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərı zamanı fermadan oğurluğu Xocavənd rayon sakini, 35 yaşlı Qədir Xıdır oğlu Sarıyev və onun tanışı, Ağcabədi rayon sakini, 22 yaşlı Anar Misirxan oğlu Alızadənin etdiyi məlum olub: "Həmin şəxslər Ağdam rayonu ərazisində aşkar edilərək şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Məlum olub ki, Qədir Sarıyev bir neçə il öncə həmin fermada çoban işləyib və fermanın itlərinin onu tanımasından istifadə edərək bu cinayət əməlini törədib".

    Faktla bağlı Füzuli RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi