"Coast Castle" şirkəti 129 min manat cərimələnib

"Coast Castle" şirkəti 129 min manat cərimələnib Maliyyə Bazarlarına Nəzarət Palatası Coast Castle MMC-ni 129 024 manat cərimələyib.
Hadisə
12 İyul , 2019 12:29
Coast Castle şirkəti 129 min manat cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası "Coast Castle" MMC-ni 129 024 manat cərimələyib.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Coast Castle" MMC Macarıstanda istehsal olunan "Hell” energetik içkisinin Azərbaycanda distributorudur. 

Son xəbərlər

Orphus sistemi