Xudatda çirkab suları daşıyan avtomobil qəzaya uğrayıb, ətrafı üfunət bürüyüb - FOTO - VİDEO

Xudatda çirkab suları daşıyan avtomobil qəzaya uğrayıb, ətrafı üfunət bürüyüb - FOTO - VİDEO Xaçmaz rayonunda yol qəzası baş verib.
Hadisə
5 Dekabr , 2019 17:54
Xudatda çirkab suları daşıyan avtomobil qəzaya uğrayıb, ətrafı üfunət bürüyüb - FOTO - VİDEO

Xaçmaz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat şəhəri ərazisində, Nabran yolu istiqamətindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı çirkab suları daşıyan yük maşını "Mitsubishi L200" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib, həmçinin tullantı ətrafa dağıldığından ərazini üfunət bürüyüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi