Çindən Azərbaycana yük gətirən İran vətəndaşının avtomobilində narkotik vasitələr aşkar edilib

Çindən Azərbaycana yük gətirən İran vətəndaşının avtomobilində narkotik vasitələr aşkar edilib Bakı. 15 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Çindən Azərbaycana yük gətirən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.
Hadisə
15 Noyabr , 2017 09:58
Çindən Azərbaycana yük gətirən İran vətəndaşının avtomobilində narkotik vasitələr aşkar edilib
Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Çindən Azərbaycana yük gətirən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, gömrük nəzarəti zamanı, xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb.

Nəticədə, kabinədə, sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi