Çində neft zavodunda baş verən partlayışda ölənlərin sayı 8-ə çatıb

Çində neft zavodunda baş verən partlayışda ölənlərin sayı 8-ə çatıb Çinin şimal-qərbindəki Şensi əyalətindəki neft zavodunda avtomobilin partlaması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Hadisə
29 Oktyabr , 2019 09:53
Çində neft zavodunda baş verən partlayışda ölənlərin sayı 8-ə çatıb

Çinin şimal-qərbindəki Şensi əyalətindəki neft zavodunda avtomobilin partlaması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Yanan şəhərinin partiya komitəsinin Təbliğat şöbəsi məlumat verib.

Bundan əvvəl "Sinhua" agentliyi 5 nəfərin öldüyünü və bir o qədər də insanın yaralandığını xəbər vermişdi. Yenilənmiş məlumatlara görə, xilasedicilər itkin düşmüş sayılan daha 3 nəfərin meyitini aşkar edib.

Yerli polis hadisənin yerli vaxtla bazar günü saat 07:00-da (Bakı vaxtı ilə bazar ertəsinə keçən gecə saat 03:00-da) Yançen mahalında, "Yangcheng Oil Field" şirkətinə məxsus sənaye parkında baş veridiyini müəyyən edib. İstintaqın nəticəsinə görə, Hunan əyalətindən (Mərkəzi Çin) olan energetika şirkətinə məxsus olan və nəqliyyat vasitəsinə quraşdırılmış sınaq avadanlığı partlayıb.

Həkimlər xəstəxanadakı beş yaralının hamısının vəziyyətinin sabit olduğunu bildiriblər. 

Son xəbərlər

Orphus sistemi