​Çində 60-dan çox insan qidadan zəhərlənib

​Çində 60-dan çox insan qidadan zəhərlənib Onların yerli mağazadan aldıqları qidadan zəhərləndikləri bildirilir
Hadisə
11 İyun , 2016 07:00
​Çində 60-dan çox insan qidadan zəhərlənib

Bakı. 11 iyun. REPORT.AZ/ Çində 60-dan çox insan qidadan zəhərlənib. "Report"un məlumatına görə, bu haqda Sinxua agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə Xunan əyalətinin Xekou qəsəbəsində baş verib. Qəsəbənin onlarla sakini zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Onların yerli mağazadan aldıqları qidadan zəhərləndikləri bildirilir. Belə ki, sakinlər yerli mağazadan aldıqları ucuz yeməkləri yedikdən sonra özlərini pis hiss ediblər. 

Zərərçəkənlərin vəziyyəti sabit qiymətləndirilir. 

Qida mağazası bağlanıb və hadisəylə əlaqədar araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi