Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb
Hadisə
12 Fevral , 2021 10:11
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi