DİN: Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb Bakı. 21 dekabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
21 Dekabr , 2018 10:17
DİN: Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, dekabrın 20-də ölkədə 108 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi