Cinayət qruplaşmasının üzvləri Ukraynada Azərbaycan vətəndaşını döyərək pulunu alıblar

Cinayət qruplaşmasının üzvləri Ukraynada Azərbaycan vətəndaşını döyərək pulunu alıblar Mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri onu "Volkswagen Golf" avtomobilini verməyə məcbur ediblər
Hadisə
13 Aprel , 2018 11:46
Cinayət qruplaşmasının üzvləri Ukraynada Azərbaycan vətəndaşını döyərək pulunu alıblar

Bakı. 13 aprel. REPORT.AZ/ Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri Azərbaycan vətəndaşını döyərək onun pulunu alıblar.

Bu barədə "Report" Ukraynanın "Bütün hakimiyyət" nəşrinə istinadən xəbər verir.

İbtidai istintaq çərçivəsində müəyyən edilib ki, şübhəli şəxslər Azərbaycan vətəndaşı döyərək ondan mövcud olmayan borc qarşılığında 20 min ABŞ dolları məbləğində pul tələb ediblər.

Ukraynanın Milli Polisinin Baş İdarəsinin məlumatına görə, aprelin 5-də cinayıt işində adı hallanan 3 nəfər 1958-ci il təvəllüdlü Azərbaycan vətəndaşının evinə gələrək onu "Volkswagen Golf" markalı avtomobilini verməyə məcbur ediblər.

Qruplaşmanın 24 yaşlı iki üzvü həbs edilib, daha bir üzv - 1997-ci il təvəllüdlü şəxs isə sutkalıq ev dustaqlığına götürülüb. Ukrayna Cinayət Məcəlləsinin zorla mənimsəmə maddəsi ilə cinayət işi açılıb. Maddədə 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi