Novxanıda piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayır

Novxanıda piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayır Bakı. 21 dekabr. REPORT.AZ/ Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Bayramzadənin cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
21 Dekabr , 2018 17:26
Novxanıda piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayır

Bakı. 21 dekabr. REPORT.AZ/ Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Bayramzadənin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüqar Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2019-cu ilin yanvar ayının 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 2-si saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə Bakı şəhər sakini S.Bayramzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 4-də orada ölüb. 

Son xəbərlər

Orphus sistemi