"Cici" ləqəbi ilə tanınan şəxsin apellyasiya şikayəti təmin edilməyib

"Cici" ləqəbi ilə tanınan şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci intansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
21 Aprel , 2017 09:26
Cici ləqəbi ilə tanınan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və soyğunçuluqda təqsirləndirilən Ceyhun Hadıyevin cəzasının çəkilməmiş hissəsini çəkmək üçün həbsxanaya keçirilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.Hadıyevin apellyasiya şikayəti təmin edilməyib, birinci intansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, "Cici" ləqəbi ilə tanınan C.Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Cinayət əməllərini əsasən Bakının Binəqədi rayonu ərazisində törədən C.Hadıyevin 9 belə əməlinin üstü açılıb. O, həmçinin dələduzluqda təqsirli bilinib.

C.Hadıyev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan C.Hadıyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Daha sonra o, cəzasının çəkilməmiş hissəsini çəkmək üçün həbsxanaya keçirilməsi barədə məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsinin qərarına əsasən, onun təqdimatı təmin olunmayıb. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi