"Cici" ləqəbi ilə tanınan şəxs məhkəməyə müraciət edib

"Cici" ləqəbi ilə tanınan şəxs məhkəməyə müraciət edib Nizami Rayon Məhkəməsinin qərarı ilə onun təqdimatı təmin olunmayıb
Hadisə
1 Aprel , 2017 16:37
Cici ləqəbi ilə tanınan şəxs məhkəməyə müraciət edib

Bakı. 1 aprel. REPORT.AZ/ Dələduzluqda və soyğunçuluqda təqsirləndirilən Ceyhun Hadıyev cəzasının çəkilməmiş hissəsini çəkmək üçün həbsxanaya keçirilməsi barədə məhkəməyə müraciət edib.

"Report" xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarına əsasən, onun təqdimatı təmin olunmayıb.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti edib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Cici" ləqəbi ilə tanınan C.Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Cinayət əməllərini əsasən Bakının Binəqədi rayonu ərazisində törədən C.Hadıyevin 9 belə əməlinin üstü açılıb. O, həmçinin dələduzluqda təqsirli bilinib.

C.Hadıyev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan C.Hadıyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Son xəbərlər

Orphus sistemi