Yuxarı

​"Cici" ləqəbi ilə tanınan oğrunun məhkəməsi keçirilib

İşdə adıçəkilən şahidləri məhkəməyə gətirmək mümkün olmayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən, əvvəllər məhkum olunmuş Ceyhun Mirsəftər oğlu Hadıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edib.

C.Hadıyev məhkəmədən Kürdəxanı təcridxanasından Şüvəlan təcridxanasına köçürülməsini istəyib. Hakim Ramella Allahverdiyeva bildirib ki, onun bununla bağla ötən prosesdə qaldırdığı vəsatətə növbəti iclasda baxılacaq.

Daha sonra hakim çıxış edərək deyib ki, Bakı şəhərində olan polis bölmələrindən işdə adı keçən şahidlər - Polad Çələbiyev, Musa Quliyev və Elvin Məmmədovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı göndərilən bildirişlərə cavab gəlib: "Biz həmin şəxslərlə bağlı polisə bildiriş göndərdik. Polisdən isə bizə adıçəkilən şahidlərin qeydiyyatda olduqları ünvanlarda yaşamadıqları bildirilib".

Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, "Cici" ləqəbi ilə tanınan C.Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını oğurlamaqda təqsirləndirilib. Cinayət əməllərini əsasən Bakının Binəqədi rayonu ərazisində törədən C.Hadıyevin 9 belə əməlinin üstü açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi