Cəzaçəkmə müəssisəsinə “İphone" keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Cəzaçəkmə müəssisəsinə “İphone" keçirmək istəyən şəxsin məhkəməsi başlayır Cəzaçəkmə müəssisəsinə telefon keçirməyə görə təqsirləndirilən Ehtiyat Tanrıverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
28 İyun , 2019 10:49
Cəzaçəkmə müəssisəsinə “İphone keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Cəzaçəkmə müəssisəsinə telefon keçirməyə görə təqsirləndirilən Ehtiyat Tanrıverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Hakim Sədrəddin Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın genlərdə keçiriləcək.

Hadisə bu ilin aprel ayında 8 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) baş verib.

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı CÇM-ə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Adam öldürməyə görə 19 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Eldar Fərhad oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Tanrıverdiyev Ehtiyat Arif oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman “Turçinka” yağının içərisində xüsusi üsulla gizlədilmiş iki plastik qabın arasından daxilində danışıq kartı olan bir ədəd “İphone 4s” markalı mobil telefon aparatı və bir ədəd USB şunur aşkar edilərək götürülüb.

E.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi