Cəzaçəkmə müəssisəsinə görüşə gələn şəxsin burnundan narkotik maddə aşkarlanıb

Cəzaçəkmə müəssisəsinə görüşə gələn şəxsin burnundan narkotik maddə aşkarlanıb Bakı. 22 mart. REPORT.AZ/ Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
22 Mart , 2018 17:48
Cəzaçəkmə müəssisəsinə görüşə gələn şəxsin burnundan narkotik maddə aşkarlanıb

Bakı. 22 mart. REPORT.AZ/ Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən “Report”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 206.3.1; 206.3.2; 234.1; 234.4.3-cü maddələrinə əsasən 10 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Babək Surxay oğlunun yanına qısamüddətli görüşə gələn qardaşı Bərdə rayon sakini Babayev Dəyanət Nürəddin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman burun boşluğunun içərisində gizlətdiyi kağız bükülüdə 2.008 qram narkotik vasitə - tiryək aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi