Cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası ağırlaşdırılıb

Cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası ağırlaşdırılıb Cari ilin 6 ayı ərzində azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılıb.
Hadisə
13 Avqust , 2020 11:57
Cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası ağırlaşdırılıb

Cari ilin 6 ayı ərzində azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılıb.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən bildirilib.

Bu dövrdə 5.045 şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb.

Onlardan cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 113 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

Son xəbərlər

Orphus sistemi