Cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

Cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB Zəlzələ Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub
Hadisə
5 Fevral , 2019 18:26
Cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

Lənkəran. 5 fevral. REPORT.AZ/ Bu gün Lerik rayonunda zəlzələ baş verib. 

"Report"un yerli bürosu xəbər verir ki, yeraltı təkan yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, ətraf rayonlarda 3 bala qədər hiss olunub.


***17:48

Bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

"Report"un Cənub bürosu xəbər verir ki, yeraltı təkan Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.

Yerli mütəxəssislərin verdiyi məlumata görə, zəlzələ, əsasən, Yardımlı rayonunda, təqribən, 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub. 

Zəlzələ nəticəsində Dağıntılar və hər hansı ziyan qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi