Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılıb

Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılıb Məhkəmə Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb
Hadisə
19 Noyabr , 2015 15:58
Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılıb. “Report”un xəbərinə görə, məhkəmə Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, Günel Həsənli 2014-cü il sentyabrın 19-da “KİA” markalı şəxsi avtomobili ilə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib. Fevralın 20-də Yasamal Rayon Məhkəməsi G.Həsənlinin 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilməsi barədə hökm verib.

Son xəbərlər

Orphus sistemi